...

Bakı sakininin mənzilindən 100 min dollar oğurlayan şəxs tutulub

Cəmiyyət Materials 30 Noyabr 2010 11:49 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, oktyabrın 31-də Cavanşir küçəsində yaşayan Mahmud Bəxtiyarovun mənzilindən açar seçmə yolu ilə 100 min ABŞ dolları oğurlanıb.
Bakı sakininin mənzilindən 100 min dollar oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı sakininin mənzilindən 100 min dollar oğurlayan şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, oktyabrın 31-də Cavanşir küçəsində yaşayan Mahmud Bəxtiyarovun mənzilindən açar seçmə yolu ilə 100 min ABŞ dolları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və 36-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Şahmar Bəxtiyarov noyabrın 29-da yaxalanıb. Oğurlanmış pulun müəyyən hissəsi Bəxtiyarovdan aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti