...

"İki sahil" qəzetinin baş redaktoru Bakı Özəl Türk liseyində görüşlər keçirib (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2010 15:37 (UTC +04:00)
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və qəzetin bir qrup əməkdaşı "Çağ" Öyrətim İşlətmələrində, eləcə də Bakı Özəl Türk Liseyində olublar. Qonaqları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qəbul edib.
"İki sahil" qəzetinin baş redaktoru Bakı Özəl Türk liseyində görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və qəzetin bir qrup əməkdaşı "Çağ" Öyrətim İşlətmələrində, eləcə də Bakı Özəl Türk Liseyində olublar. Qonaqları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qəbul edib. Səmimi şəraitdə keçən görüş zamanı Gömleksiz Rəhimzadəyə və qəzetin əməkdaşlarına liseylərin fəaliyyətə başladığı vaxtdan əldə etdikləri uğurlar barədə ətraflı məlumat verib.

Görüş zamanı növbəti ildə də keçiriləcəyi nəzərdə tutulan V Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına (İNEPO) hazırlıqla bağlı bir sıra məsələlər barədə söhbətlər aparılıb. Sonra qonaqlar Bakı Özəl Türk Liseyinə gələrək liseyin sinif otaqları, laboratoriyaları, kitabxanaları və məişət şəraiti ilə tanış olublar.

Ötən il Respublika Əl Oyunları Sarayında keçirilmiş IV İNEPO-da mükafatlandırılan mətbuat rəhbərlərindən biri də "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə olub.

Rəhimzadə və qəzetin əməkdaşları liseydə şagirdlər üçün yaradılmış şəraitdən məmnun olduqlarını bildiriblər. Azərbaycan-Türkiyə Özəl Liseylərinə, eləcə də Bakı Özəl Türk Liseyinin kollektvinə yeni tədris ilində daha böyük nailiyyətlər arzulayıblar.

Xəbər lenti

Xəbər lenti