...

Bakıda "Star Qrup" tikinti şirkətinin ofisindən külli miqdarda pul oğurlanıb

Cəmiyyət Materials 13 Dekabr 2010 14:42 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda "Star Qrup" tikinti şirkətinin ofisindən külli miqdarda pul oğurlanıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda "Star Qrup" tikinti şirkətinin ofisindən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin bazar ertəsi yaydığı məlumata görə, dekabrın 11-nə keçən gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi, ev 56-da Bakı şəhər sakini Samir İsmayılova məxsus "Star Qrup" tikinti şirkətinin ofisindən dəmir barmaqlıqları sındırmaq yolu ilə iş otağındakı qapısı açıq qalmış seyfdən 5000 manat, 1000 avro, 1000 İran dinarı, 700 Türk lirəsi, 200 dollar və 15000 dollar dəyərində qızıl əşyalar oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti

Xəbər lenti