...

Azərbaycanda işəgötürənlər işçiləri əmək qabiliyyətinin itirilməsindən icbari sığorta etməli olacaqlar

Cəmiyyət Materials 13 Dekabr 2010 17:49 (UTC +04:00)
Azərbaycanda əmək müqaviləsinə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması maddəsi əlavə olunacaq.
Azərbaycanda işəgötürənlər işçiləri əmək qabiliyyətinin itirilməsindən icbari sığorta etməli olacaqlar

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əmək müqaviləsinə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması maddəsi əlavə olunacaq. Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin bazar ertəsi keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

Komitənin iclasında Azərbaycanın "Əmək Məcəlləsinə" istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əlavə olunması müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.

"Bu əlavənin edilməsi işçilərin sosial müdafiəsini qat-qat gücləndirəcək", - iclas zamanı komitə sədri bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyin məlumatına görə, Azərbaycanda 2009-cu ildə istehsalatda 250 bədbəxt hadisə baş verib. Bunun 65-i tikinti sektorunun payına düşür. Ötən il bu sektorda 32 ölüm hadisəsi qeydə alınıb. Tikintidə xəsarət alanların sayı isə 48 olub.

Xəbər lenti

Xəbər lenti