...

Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorları üçün seminar başlayıb (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2010 14:13 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan "Fəlsəfə Doktorlarının Üçüncü İllik Seminarı" başlayıb.
Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorları üçün seminar başlayıb (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan "Fəlsəfə Doktorlarının Üçüncü İllik Seminarı" başlayıb.

ADA-nın mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, seminarda xarici universitetlərdə sosial elmlərin müxtəlif sahələri üzrə elmi tədqiqatla məşğul olan 23 azərbaycanlı fəlsəfə doktoru və namizədi iştirak edir. Onlar dünyanın 14 aparıcı univesitetlərində təhsil alırlar.

Seminarın rəsmi açılış mərasimini giriş sözü ilə açan ADA-nın rektoru Hafiz Paşayev qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı fəlsəfə doktorlarının ölkəyə qayıtması həm elmin, həm də təhsil sisteminin inkişafına ciddi töhfə verə bilər. Bu baxımdan, Azərbaycan Diplomatik Akademiyası davamlı olaraq doktoranturada təhsil alan gəncləri bir ayara gətirir.

Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan elm və tədrisinin dünya standartlarına çatdırılması ölkənin prioritet vəzifələrindən biridir. Nazirlik Azərbaycan Diplomatik Akademiyasının həyata keçirdiyi bu seminarda qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi köməklik göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, seminara qatılan doktorantlar müəyyən müddətdən sonra təkcə tədrisə deyil, elmin inkişafına da yardımçı olacaqlar. Bu baxımdan Elmin İnkişafı Fondu həmin gənclərlə indidən əməkdaşlıq qurmaqda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti