...

Azərbaycan hökuməti İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında qərar verib

Cəmiyyət Materials 20 Dekabr 2010 14:54 (UTC +04:00)
Nazirlər Kabineti İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında qərar verib.
Azərbaycan hökuməti İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında qərar verib

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Nazirlər Kabineti İsmayıllı Peşə Tədris Mərkəzinin yaradılması haqqında qərar verib.

Nazirlər Kabinetinin rəsmi internet saytının bazar ertəsi yaydığı məlumata görə, Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq, turizm və xidmət sahələri üçün ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə İsmayıllı peşə məktəbi ləğv edilir və İsmayıllı Peşə Tədris Mərkəzi yaradılır.

Xəbər lenti

Xəbər lenti