Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Hacıyev/
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bazar ertəsi Tbilsidə görüşü zamanı Gürcüstanın patriarxı II İlyanı Azərbaycana dəvət edib. Bu barədə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
"Görüşdə iki ölkə arasında mənəvi əlaqələrin daha da inkişafının zəruriliyi qeyd edilib. Azərbaycan və Gürcüstan prezidentlərinin ölkələrin ərazi bütövlüyünün tanınması məsələsini dəstəklədiklərini bildirblər" - məlumatda deyilir.
Bu gün bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin Gürcüstana səfəri başlayıb. Tiflis aeroportunda onu Gürcüstanın patriarxı II İlya və Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev qarşılayıb.
Paşazadə səfəri çərçivəsin ümumilli lider Heydər Əliyevin büstünü ziyarət edib.