...

Azərbaycan höküməti məktəblərdə təhsil alanların geyim forması ilə bağlı qərar qəbul edib

Cəmiyyət Materials 14 Yanvar 2011 18:19 (UTC +04:00)
Azərbaycan hökuməti ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin cümə günü yaydığı məlumatda bildirilir.
Azərbaycan höküməti məktəblərdə təhsil alanların geyim forması ilə bağlı qərar qəbul edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin cümə günü yaydığı məlumatda bildirilir.

Nizamnaməyə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur.

"Ümumtəhsil məktəbində təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir", - Nizamnamədə qeyd olunub. Həmçinin, Nizamnamədə ümumtəhsil məktəbinin öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıması əks olunub.

Ümumilikdə Nizamnamədə ümumtəhsil məktəbinin strukturu, fəaliyyətinin əsasları, məktəbdə təlim-tərbiyə prosesinin təşkili, məktəbin idarə olunması, məktəblər üzrə təhsil prosesinin iştirakçıları, məktəbdə təhsil alanların, təhsil verənlərin, valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri, məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası, məktəbə aid sənədlər, məktəbin beynəlxalq əlaqələri əks olunub.

Xəbər lenti

Xəbər lenti