...

Bakıda oğurlanan və qaçırılan avtomobillərdən 115-i tapılıb

Cəmiyyət Materials 15 Yanvar 2011 13:27 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, bu cinayətlərdən 115-i isti izlərlə açılıb və avtomobillər tapılıb.
Bakıda oğurlanan və qaçırılan avtomobillərdən 115-i tapılıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ötən il avtomobillərin qaçırılması və oğurlanması ilə bağlı 148 fakt qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, bu cinayətlərdən 115-i isti izlərlə açılıb və avtomobillər tapılıb.

33 fakt üzrə axtarış tədbirləri davam etdirilir. Avtomobillərin qaçırılması və oğurlanması faktları ən çox Nəsimi rayonunda - 28 (25-i tapılıb), Yasamalda - 27 (17-si tapılıb), Binəqədidə - 21 fakt (18-i tapılıb) qeydə alınıb.

Avtomobillərin qaçırılması və oğurlanması ən az Qaradağ rayonunda - 3 fakt (1-i tapılıb) olub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 2010-cu ildə axtarışda olan cinayətkarların tutulması ilə bağlı 2, hadisə yerindən qaçan sürücünün tutulması ilə bağlı 8, narkotiklərlə bağlı 9 (506 qram) və silah-sursatla bağlı 2 fakt aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti