Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Sabah Bakıda "Azadlıq" meydanında yeraltı piyada keçidi yaxınlığında aksiya keçiriləcək.
Bakı şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, sabah saat 15:00-da keçiriləcək "Keç yeraltı keçiddən, uzaq ol təhlükədən" adlı aksiya "Uşaq və yol təhlükəsizliyi" layihəsi çərçivəsində təşkil olunub.
Bakı şəhər Yol Polisi İdarəsi ilə 46 saylı məktəbdənkənar iş mərkəzinin birgə təşkil etdiyi tədbirdə Bakı məktəbliləri, valideyn və müəllimlər, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.