...

"Səs" qəzetinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2011 13:05 (UTC +04:00)
"Səs" qəzetinin yaradılmasının 20 illiyi münasibəti ilə qəzetin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
"Səs" qəzetinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir T.Hacıyev/

"Səs" qəzetinin yaradılmasının 20 illiyi münasibəti ilə qəzetin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Sonra qəzetin kollektivi görkəmli oftamoloq alim Zərifə Əliyevanın xatirəsini də ehtiramla yad ediblər.

Qəzetin baş redaktoru Bəhruz Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində xüsusi yerə malikdir.

"Səs" qəzeti 1991-ci ilin yanvarından öz oxucularının ixtiyarına verilib. Həmin dövrlərdə Azərbaycanda müstəqil sözə, azad fikrə böyük ehtiyac var idi və bunları söyləmək təhlükəli idi. O dövrdə ölkəmizdə mətbuat anlayışının yalnız SSRİ ideologiyası çərçivəsində məhdudlaşdığını nəzərə alsaq, "Səs" qəzetinin üzərinə götürdüyü missiyanın ağırlığı günümüzün reallığında hər kəs üçün aydın olar", - Quliyev əlavə edib.

O, deyib ki, qəzetin tarixində ən mühüm hadisə ulu öndər Hydər Əliyevin Azərbaycan ziyalıları ilə "Səs" qəzeti vasitəsi ilə yazışması olub.

1992-ci il oktyabrın 16-da 91 ziyalının ulu öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Heydər Əliyevin ziyalıların müraciətinə cavabı məhz "Səs" qəzetində dərc edildi. Bu cəsarətli, xalqımızın, dövlətimizin xilası üçün atılmış addım Azərbaycan tarixində əhəmiyyətli rola malik oldu", - o, qeyd edib.

Baş redaktorun sözlərinə görə, sonrakı dövrlərdə "Səs" qəzeti 20 illik fəaliyyətində Azərbaycançılıq ideologiyasının təbliğatçısına çevrilib.

"Qəzet müxtəlif layihələrin müəllifi olub. Müxtəlif multimedia diskləri hazırlanıb. Qeyd edim ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40 illiyi ilə bağlı, 85 illik yubileyi ilə bağlı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı multimediya diskləri hazırlanıb. Ümumiyyətlə "Səs" qəzeti müxtəlif layihələrin müəllifi olub və regionların sosial-iqtisadi inkişafı ilə bağlı regionlarda "dəyirmi masa"lar keçirilib. Cəmiyyətimizi maraqlandıran ən aktual məsələləri "dəyirmi masa"lar vasitəsi ilə müzakirəyə çıxarıb", - Quliyev vurğulayıb.

Qəzetin baş redaktoru onu da bildirib ki, öz inkişafı dövründə "Səs" qəzeti daim modernləşib.

"Qəzetin bazasında "Səs İnformasiya Agentliyi", www.siasport.az portalı və İnternet televiziya olan "Səs TV" fəaliyyətə başlayıb. 20 illik fəaliyyətə nəzər saldıqda görünür ki, mətbuatın inkişafı üçün yaranmış vəziyyətdən "Səs" qəzeti də bəhrələlənərək vətəndaş cəmiyyətinin inkişafı üçün çoxlu sayda layihələr həyata keçirib", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti