...

İran səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Cəmiyyət Materials 19 Yanvar 2011 17:04 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
İran səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Bu barədə çərşənbə günü Trend-ə səfirliyin mətbuat xidmətindən məlumat veriblər.

"20 yanvar xarici müstəmləkə zəncirlərindən qurtuluş, azadlıq və müstəqilliyə qovuşmaq yolunda Azərbaycan xalqının müqavimət hərəkatı olmaqla yanaşı, tarix səhifələrində əbədi həkk olunacaq şərəfli bir iş və xalqın qürur simvoludur", - başsağlığında qeyd olunub.

Səfir bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü dəstəklənir və dəstəklənəcək.

"İran İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri olaraq Milli Matəm Günü və bu böyük qüssənin anım günündə dost və qardaş Azərbaycan Respublikasının dövləti və xalqının dərdinə şərik çıxmağı özümə borc bilirəm", - səfir deyib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti