...

Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatının sədrinin evindən silah-sursat tapılması barədə məlumat yayılıb

Cəmiyyət Materials 22 Yanvar 2011 11:45 (UTC +04:00)
Azərbaycan Daxili İşlər Nazirliyi İslam Partiyasının Astara rayon təşkilatının sədrinin evindən silah-sursatın tapılması barədə məlumat yayıb.
Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatının sədrinin evindən silah-sursat tapılması barədə məlumat yayılıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Daxili İşlər Nazirliyi İslam Partiyasının Astara rayon təşkilatının sədrinin evindən silah-sursatın tapılması barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən şənbə günü Trend-ə bildiriblər ki, Astara rayon polis şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Rufullah Axundzadənin həyətindəki yardımçı təsərrüfatdan bir ədəd baraban tipli tapança, 4 ədəd nömrəsi silinmiş avtomat, 9 qumbara, 10 alışdırıcı, 2 ədəd 200 qramlıq trotil şaşka, 3 ədəd güllə darağı və 510 ədəd müxtəlif çaplı patron aşkar edilərək götrülüb.

DİN-in məlumatına görə, Axundzadənin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Axundzadə AİP-nin Astara rayon təşkilatının sədridir.

Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Səmədov hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silah satma, saxlama, hazırlama, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq cinayətlərində ittiham olunur.

Partiya sədri yanvarın 7-də saxlanılıb və barəsində 13 sutkalıq inzibati həbs seçilmişdi.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Mövsüm Səmədovun əmisi oğlu, Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya baxış keçirilərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunub.

Yanvarın 14-də isə Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhər İdarəsi və Gəncə Şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində AİP-in Gəncə şəhər şöbəsinin sədri Gəncə şəhəri D.Bünyadzadə küçəsi ev 2-də yaşayan 1967-ci il təvəllüdlü Ələkbərov Yusif Fəxrəddin oğlunun evində axtarış aparılıb.

Axtarış zamanı mənzildən 1 ədəd "AKSU", 1 ədəd nömrəsi silinmiş və qundağı kəsilmiş "AK-74", 1 ədəd qundağı kəsilmiş "AK-74", 1 ədəd "AKM", 1 ədəd nömrəsi silinmiş "AKM", 1 ədəd əldədüzəltmə "UZİ" silahları, 2 ədəd mərmi, 2 ədəd qumbara, 2 trotil şaşka, 1 ədəd fitil, 1191 ədəd müxtəlif çaplı güllə, 6 ədəd güllə darağı, 1 ədəd qılınc, 3 ədəd bıçaq, 1 ədəd portativ səsgücləndirici və ona aid 4 ədəd mikrofon, 38 ədəd dini məzmunlu plakat, dini ekstremizmi təbliğ edən 17 ədəd kitab və 20 ədəd disk aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti