...

Azərbaycan milli komandası Fransa yığması ilə qarşılaşacaq

Cəmiyyət Materials 25 Yanvar 2011 11:26 (UTC +04:00)
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq son komanda müəyyənləşib.
Azərbaycan milli komandası Fransa yığması ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq son komanda müəyyənləşib.

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, 2010-cu il sentyabrın 29-da İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində millimizin İspaniya, Qazaxıstan yığmaları və ilkin seçmə mərhələnin D qrupunda birinci yeri tutacaq komanda ilə qarşılaşacağı bəlli olub. Artıq ilkin seçmə mərhələnin D qrupunun oyunları yekunlaşıb və bütün rəqiblərini məğlub edən Fransa yığması əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.

Beləliklə, futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin fevralın 24-dən 27-dək Bakıda keçiriləcək 1-ci qrupunun oyunlarında Azərbaycan, İspaniya, Qazaxıstan və Fransa milli komandaları mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti