...

Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cumhuriyyətinin nümayəndə heyəti ilə görüş keçirilib

Cəmiyyət Materials 25 Yanvar 2011 15:57 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cumhuriyyətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cumhuriyyətinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir T.Hacıyev/

Bu gün Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cumhuriyyətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Trend-in məlumatına görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası üçün Şimali Kiprin jurnalist ictimaiyyəti ilə əməkdaşlıq türk dünyasının media qurumları ilə əməkdaşlığın mühüm tərkib hissəsidir və gələcəkdə həyata keçiriləcək tədbirlər münasibətlərin daha da möhkəmlənməsinə yönəldiləcək.

ŞKTC-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu Şimali Kiprdən Azərbaycana edilən hər bir səfərin qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsində müstəsna rol oynadığını vurğulayıb. O, Bakıdan ŞKTC-yə müxtəlif səviyyələrdə reallaşan səfərlərin də əhəmiyyətinə toxunub, bununla bağlı maraqlı faktlar açıqlayıb.

Şimali Kiprin nüfuzlu təhsil ocaqlarından olan Doğu Akdeniz Universitetinin rektoru, professor Abdullah Öztopraq rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən danışıb. Jurnalist kadrların hazırlığına böyük önəm verildiyini deyən rektor univeristetin 12 min tələbəsinin 20 faizini əcnəbilərin təşkil etdiyini, onlardan 160-nın azərbaycanlı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun Azərbaycan jurnalistlərinin təcrübə mübadiləsi üçün gələcəkdə də Şimali Kiprə yeni səfərlər təşkil edəcəyini və bunu ənənəyə çevirəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti