...

"Domodedovo"da terror aktından sonra Bakı hava limanında təhlükəsizlik tədbirləri daha da gücləndirilib

Cəmiyyət Materials 25 Yanvar 2011 15:54 (UTC +04:00)
Bir gün əvvəl axşam saatlarında Moskvanın "Domodedovo" aeroportunda baş verən faciəvi hadisəylə əlaqədar olaraq Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında sərnişin və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər daha da gücləndirilib. Bu barədə Trend-ə AZAL-ın ("Azərbaycan hava yolları" QSC) mətbuat xidmətindən xəbər verilib.
"Domodedovo"da terror aktından sonra Bakı hava limanında təhlükəsizlik tədbirləri daha da gücləndirilib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bir gün əvvəl axşam saatlarında Moskvanın "Domodedovo" aeroportunda baş verən faciəvi hadisəylə əlaqədar olaraq Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında sərnişin və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər daha da gücləndirilib. Bu barədə Trend-ə AZAL-ın ("Azərbaycan hava yolları" QSC) mətbuat xidmətindən xəbər verilib.

"Moskvanın "Domodedovo" hava limanında baş vermiş hadisələrlə əlaqədar Bakı aeroportunda gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq olunub", - AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Onun sözlərinə görə, hava limanında bütün sərnişinlərin əsaslı şəkildə yoxlanması, baqaj və əl çantalarına baxış olsa da, bu fəaliyyət gücləndirilib. Aeroportun ərazisi, vağzalyanı meydanın sistemli yoxlanışı aparılır, hava limanına daxil olan və çıxan sərnişinlər üzərində nəzarət gücləndirilib, Səfərli əlavə edib.

Moskvanın "Domodedovo" hava limanının uçuş zalında partlayış yanvarın 24-ü, Moskva vaxtı ilə16:32-də baş verib. Terrorçu-intiharçı "Asiya" kafesi yanındakı uçuş zalında partlayıcı qurğunu işə salıb.

Faciə nəticəsində 35 nəfər həlak olub, daha 180 nəfər xəsarət alıb. Hazırda tibb müəssisələrində 110 yaralı var, onlardan 84-ü paytaxt xəstəxanalarına yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti