...

Azərbaycan buzadırmananlarının çempionatı başlayıb

Cəmiyyət Materials 29 Yanvar 2011 19:19 (UTC +04:00)
Azərbaycanda buzadırmanma üzrə ikinci dəfə olaraq açıq Azərbaycan birinciliyi başlayıb. Bu barədə Trend-ə şənbə günü Hava və Ekstremal İdman Növləri Federasiyasından (HEİNF) məlumat verilib.
Azərbaycan buzadırmananlarının çempionatı başlayıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycanda buzadırmanma üzrə ikinci dəfə olaraq açıq Azərbaycan birinciliyi başlayıb. Bu barədə Trend-ə şənbə günü Hava və Ekstremal İdman Növləri Federasiyasından (HEİNF) məlumat verilib.

Birinciliyə Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçıliq edir.

Federasiya çempionatı Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə yanvarın 28-dən 30-dək Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirir. Şəlalənin hündürlüyü 50 metrədir.

Qadın idmançılar üçün maksimum hədd 25 metr, kişi idmançılar üçün isə - 40 metrdir.

Birincilikdə Azərbaycandan 40 idmançı daxil olmaqla, Rusiyadan, Ukraynadan və Türkiyədən 60 yaxın idmançı iştirak edir.

Yarışda HEİNF-nin "Dağ hazırlığı məktəbi", Respublika Alpinist Turist Klubu, Bakıdan "Ekosport", "A+A", "Climb-club", "Bakı Dövlət Universiteti", Memarlıq və İnşaat Universitetinin "Edelveys", "Qərb Universitetinin idman klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Qusardan "Salavat", "Qusar" və "Zirvə", İsmayıllıdan "Babadağ"  klublarının 60 nəfərə yaxın idmançısı iştirak edir.

Buzadırmanma üzrə açıq Azərbaycan çempionatını idarə edəcək 20 nəfərlik hakimlər dəstəsinə keçən il Rusiyanın Kirov şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) tərəfindən keçirilən seminarlarda müvafiq UIAA hakim-aspirantı dərəcəsini almışYevgeniya Nəcəfova və Yaqub Əsədov təlim keçib.

Sönməz Elkaya (Türkiyəli idmançı):Azərbaycanda buza dırmaşma idman növü üçün yüksək iqlim şəraəti var. Türkiyədə bu idman nönü üzrə yarıslar keçirilir. Lakin Türkiyidə suni dondurulmuş buzdan istifadə olunur. Peşakar idmançı Azərbaycanda keçirilən birincilikdən yüksək dərəcədə məmnun qalıb.

Vladimir Kaşday (Ukraynalı idmançı): Azərbaycanda keçirilən bu yarısda iştirak etməklə Ukrayna idmançıları xeyli təcrübə əldə ediblər. Azərbaycanda bu idman növünün inkişafı üçün gözəl şəraət var. O, belə bir birinciliyin təşkil edilməsi üçün Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

2 turdan ibarət turnirin 29 yanvarda keçirilmiş I mərhələsində idmançılar mürəkkkəblik üzrə, 30 yanvarda baş tutacaq II mərhələsində isə sürət üzrə özlərini sınayacaqlar.

Çempionat sabah yanvarın 30 başa çatacaq.

Xəbər lenti

Xəbər lenti