...

Alman alimlər Azərbaycanda palçıq vulkanlarını öyrənmək niyyətindədirlər

Cəmiyyət Materials 31 Yanvar 2011 12:46 (UTC +04:00)
Alman alimlər Azərbaycanda palçıq vulkanlarını öyrənmək niyyətindədirlər.
Alman alimlər Azərbaycanda palçıq vulkanlarını öyrənmək niyyətindədirlər

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir М.Əliyev/

Alman alimlər Azərbaycanda palçıq vulkanlarını öyrənmək niyyətindədirlər.

Bu məqsədlə Almaniyanın Kiel Universitetinin sualtı geologiya üzrə alimləri Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda olublar. Bu barədə Trend-ə bazar ertəsi institutdan xəbər verilib.

Alman alimlər geniş auditoriya qarşısında sualtı palçıq vulkanları mövzusunda məruzə ilə çıxış ediblər. Onlar Nil çayının Misirin şimalında yerləşən deltasındakı palçıq vulkanlarından danışıb, Kiel Universiteti tərəfindən bu geoloji abidələrlə bağlı aparılmış tədqiqatlar, əldə edilmiş nəticələr və təcrübə barədə məlumat veriblər.

Geologiya İnstitutunun alimləri quru ərazilərindəki palçıq vulkanları ilə bağlı apardıqları tədqiqatlardan və institutun bu sahədə çoxillik təcrübəsindən bəhs ediblər. Qonaqlar üçün palçıq vulkanına səyahət təşkil olunub.

Xəbər lenti

Xəbər lenti