...

Azərbaycanda quş ovuna qoyulan qadağanın müddəti yenə uzadılıb

Cəmiyyət Materials 31 Yanvar 2011 13:19 (UTC +04:00)
Azərbaycanda dekabrın 1-dən quş ovuna müvəqqəti qoyulan qadağanın müddəti daha bir ay uzadılıb. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Azərbaycanda quş ovuna qoyulan qadağanın müddəti yenə uzadılıb

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dekabrın 1-dən quş ovuna müvəqqəti qoyulan qadağanın müddəti daha bir ay uzadılıb. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, qadağanın fevralın 28-dək uzadılması Azərbaycan ərazisində "quş qripi" xəstəliyinın (H1N1 virusu) qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məqsədi daşıyır.

"Quş ovu üçün nazirliyin ərazi şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi daha bir ay müddətinə dayandırılıb", - İbrahimova deyib.

Ovçuların çoxsaylı müraciətləri nəzərə alınaraq, 2010-cu il noyabrın 5-də ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan edilmişdi. Lakin dekabrın 1-dək 31-dək quş ovuna qadağa qoyulmuşdu. Bundan əvvəl bir dəfə - yanvarın 1-dən 31-dək qadağanın müddəti uzadılmışdı.

Xəbər lenti

Xəbər lenti