...

Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun binası yenilənəcək

Cəmiyyət Materials 31 Yanvar 2011 13:37 (UTC +04:00)
Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun binası yenilənəcək. Bu barədə məlumatı bazar ertəsi Trend-ə institutun direktoru Allahverdi Seyidov verib.
Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun binası yenilənəcək

Azərbaycan, Gəncə, 31 yanvar /Trend, müxbir J.Qurbanova/

Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun binası yenilənəcək. Bu barədə məlumatı bazar ertəsi Trend-ə institutun direktoru Allahverdi Seyidov verib.

Onun sözlərinə görə, bu məqsəd üçün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm Mərkəzinin İnvestisiya şöbəsi vəsait ayırıb. Hazırda institutun binası ilə yanaşı muzey və anbarı da yararsız, təhlükəli vəziyyətdədir, institutun nəzdində olan barama yetişdirmə mərkəzləri - kümxanaların da əsaslı təmirə ehtiyacı var.

Allahverdi Seyidov bildirib ki, institutun inzibati binasının təmiri, kümxanaların yenidən qurulması, kümxana və bağ yerləşən ərazini yenidən hasarlamaq üçün cari təmirə - 3 min manat, əsaslı təmirə 8 min manat vəsait ayrılıb.

İnstitunun direktorunun bildirdiyinə görə, vəsait azlıq təşkil etsə də, ümumlikdə 1 il üçün yetərlidir.

Xəbər lenti

Xəbər lenti