Azərbaycan, Bakı,1 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda sürücülər barəsində operativ məlumatlar almaq məqsədilə yol polisinin avtomobillərinə kompyuterlər yerləşdiriləcək.
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, yol polisinə məxsus bütün nəqliyyat vasitələrində yerləşdiriləcək elektron məlumat bazası vasitəsilə hər bir sürücü barəsində çox qısa müddətdə operativ şəkildə bütün məlumatları əldə etmək mümkün olacaq.
Şöbə rəisi deyib ki, həmin sistem vasitəsi ilə saxlanılan avtomobil, sürücü, sürücünün indiyədək yol verdiyi qayda pozuntuları və ona verilən cəzalar barədə məlumat almaq mümkün olacaq.