...

Bakı polisi keçmiş məhkumdan 3 kiloqrama yaxın narkotik maddə tapıb

Cəmiyyət Materials 3 Fevral 2011 13:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Ağarəhimoğlundan 2 kiloqram 650 qram heroin götürülüb.
Bakı polisi keçmiş məhkumdan 3 kiloqrama yaxın narkotik maddə tapıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakı polisi keçmiş məhkumdan 3 kiloqrama yaxın narkotik maddə tapıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Ağarəhimoğlundan 2 kiloqram 650 qram heroin götürülüb.

Cəlilabad rayon sakini Anar Əzizov isə 0,193 qram heroini könüllü olaraq polisə təhvil verib. Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əzizova narkotik vasitəni satmış rayon sakini Qafur Abbasov tutulub.

Abbasovun evinə baxış keçirilib, oradan 0,034 qram heroin və 1 kiloqram 195 qram tiryək aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti