...

Türkiyəli qonaqlar milllət vəkili Qənirə Paşayeva ilə görüşüblər (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2011 17:13 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Sumqayıt şəhər təşkilatının dəvəti ilə Azərbaycanda səfərdə olan bələdiyyə və qeyri-hökumət təşkilatı təmsilçilərindən, habelə iş­adamlarından ibarət Türkiyə nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə gö­rüş­üb.
Türkiyəli qonaqlar milllət vəkili Qənirə Paşayeva ilə görüşüblər (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) Sumqayıt şəhər təşkilatının dəvəti ilə Azərbaycanda səfərdə olan bələdiyyə və qeyri-hökumət təşkilatı təmsilçilərindən, habelə iş­adamlarından ibarət Türkiyə nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə gö­rüş­üb. Trend-in məlumatına görə, millət vəkili, qardaş ölkələr arasında bütün sa­hələrdə qarşılıqlı əlaqələrin davamlı olması, bu əlaqələrin əməkdaşlığa çevrilməsi, əməkdaş­lıqların daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.

Qonaqlardan Avrasiya İqtisadi Münasibətlər Dərnəyi başqanı və "EkoAvrasiya" dər­gisinin təsisçisi Hikmət Ərən Azərbaycana səfərlərinin məqsədi, Sumqayıtda və Bakıda keçirdikləri görüşlər barədə Paşayevaya ətraflı məlumat verib, bu səfərin istər bələdiyyələr, iş­ adamları, istərsə də QHT-lər arasında qarşılıqlı ilişkilərin dərin­ləş­dirilməsi, ortaq prob­lem­lə­ri­mizin həllinə töhfə verilməsi baxımından yararlı olduğunu vurğulayıb.

Azərbaycana ilk dəfə səfər etdiyini, indiyə qədər Azərbaycanda olmadığına görə də özünü qınadığını dilə gətirən Ankara Şərəflikoçhisar Bələdiyyəsinin başqanı Hakverdi Altuğ millət vəkili Qənirə Paşayevanın türk dünyasına dair çalışmalarını təqdirlə izlədiyini bildirib.

Altuğ Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdulla Gülün və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dövlətlərimiz arasında münasibətlərin daha da inkişaf etməsi, ümumən türk dünyası naminə gördükləri işlərdən danışıb. Dostluq və qardaşlıq münasibətlərindən söz açarkən ümumilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik!" sözünü yad edib.

Hakverdi Altuğ başçılıq etdiyi bələdiyyənin gündəliyində, onun təklifi ilə "Heydər Əliyev Parkı"nın salınması barədə məsələnin durduğunu və həmin məsələni 2010-cu ilin I yarısı ərzində ger­çək­ləşdirməyi planlaşdırdıqlarını bildirib.

AVMVB sədr müavini, Birliyin Sumqayıt şəhər təş­kilatının sədri Mübariz Quliyev gö­rüşdə iştirak edən iş adamları Salim İpək və Ərsoy Altuğun iştirakı ilə işadamları ilə keçirilən işgüzar görüşlər, habelə nümayəndə heyəti üzvlərinin birlikdə iştirak etdikləri görüşlər barədə təəssüratlarını bölüşərək, planlaşdırılan birgə layihələr, o cümlədən Azərbaycan həqiqətlərinin qardaş ölkə xalqına çatdırılması baxımından nəzərdə tutulan təd­birlərdən söz açıb. Quliyev qarşılıqlı faydalı əlaqələrin bundan sonra da davam etdirilməsi, həqiqətlərimizin təbliği üçün vətəndaş cəmiyyəti quruculuğunda iştirak edən şəxslər olaraq öz üzərlərinə düşən mənəvi məsuliyyəti hiss etdiklərini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva bu görüşdən, eşitdiklərindən məmnun olduğunu bildirib, be­lə sə­fərlərin çox faydalı olduğunu, bunu dövlət başçıları və hökumətlər səviyyəsində apa­rılan böyük işlərə ictimai reaksiya kimi dəyərlədirdiyini bildirib. Şərəflikoçhisar Bələdiyyəsi ərazisində "Heydər Əliyev Parkı"nın salınmasını ulu öndərə şükran borcu və ruhuna minnətdarlıq kimi qeyd edən millət vəkili, bu qərarı qəbul edən hər kəsə təşəkkürlərini bildirib.

Millət vəkili qarşıdan Xocalı soyqırımının növbəti ildönümünün gəldiyini, qonaqların yaxın dövr fəaliyyətlərində bu günlə bağlı, soyqırım şahidləri ilə, mü­haribə veteranları ilə qardaş ölkədə görüşlərin ke­çi­rilməsinin faydalı olacağını qeyd edib, öz tövsiyələrini verib.

Sonda qonaqlar millət vəkilinə xatirə hədiyyəsi təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti