...

Azərbaycan hökuməti dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında qərar qəbul edib

Cəmiyyət Materials 7 Fevral 2011 12:50 (UTC +04:00)
Azərbaycan hökuməti dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında qərar qəbul edib.
Azərbaycan hökuməti dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında qərar qəbul edib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında qərar qəbul edib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərar Azərbaycan ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə qəbul olunub.

Qərara əsasən, elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə saat normaları elmlər doktorları üçün 40 saat, fəlsəfə doktorları üçün isə 20 saat müəyyən edilib.

Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdiriləcək.

Ödəniş haqlarının həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti