...

Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Rusiya Mədəniyyət Mərkəzinə kitablar bağışlayıb (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2011 16:11 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 15:50-də dərc olunub)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Tariverdiyeva/

Çərşənbə axşamı Bakıda Rusiya Məlumat-Mədəniyyət Mərkəzində Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən mərkəzə kitabların verilməsi ilə bağlı tədbir keçirilib.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Prezident Kitabxanasının direktoru Mail Əhmədov, Milli Məclisin deputatları, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin nümayəndələri iştirak ediblər.

Əhmədov kitabxana adından mərkəzin açılması münasibətilə təbriklərini çatdırıb və iki ölkə arasında sıx, o cümlədən kitab mübadiləsi sahəsində əməkdaşlığa ümid etdiyini bildirib.

"Bu gün biz 153 kitab və Azərbaycanın tarixi, iqtisadiyyatı barədə beş elektron məlumatlar bazasını, eləcə də ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında müxtəlif dillərdə olan kitabları hədiyyə edirik", - Əhmədov bildirib.

"Bakıda rus dilinin dəstəklənməsi dövlət səviyyəsində həyata keçirilir", - tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

"Mərkəzdə bu cür kitabxananın yaradılmasını yalnız alqışlamaq olar. Prezident Kitabxanasına mərkəzimizə verdiyi böyük töhfəyə görə minnətdarıq. Bunlar Azərbaycan dövlətçiliyinin qurulma tarixini əks etdirən mühüm kitablardır. Münasibətlərin möhkəmlənməsi üzrə belə vacib işə öz səylərini əsirgəməyənlərə minnətdarlığımı bildirmək istəyirəm", - səfir qeyd edib.

Xəbər lenti

Xəbər lenti