...

Azərbaycan və İraq QHT-ləri arasında əlaqələr qurmaq vacibdir – səfir

Cəmiyyət Materials 14 Fevral 2011 15:50 (UTC +04:00)
Azərbaycan və İraq QHT-ləri arasında əlaqələr qurmaq vacibdir. Trend-in məlumatına görə, bu barədə İraqın Azərbaycandakı səfiri Heydər Əlbarrak Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təştilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşü zamanı deyib.
Azərbaycan və İraq QHT-ləri arasında əlaqələr qurmaq vacibdir – səfir

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycan və İraq QHT-ləri arasında əlaqələr qurmaq vacibdir. Trend-in məlumatına görə, bu barədə İraqın Azərbaycandakı səfiri Heydər Əlbarrak Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təştilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşü zamanı deyib.

Səfir Əlbarrak Azərbaycanda QHT sektorunun fəaliyyəti, QHT-lərin dövlət tərəfindən dəstəklənməsi, QHT qanunvericiliyi, QHT-hökumət münasibətləri və digər məsələlər üzrə əldə edilmiş təcrübəyə İraq hökumətinin müvafiq strukturlarının maraq göstərdiyini də ifadə edib.

Şura sədri Quliyev səfirə Azərbaycanın QHT sektorunun inkişaf mərhələləri haqqında məlumat verib, QHT-lərin inkişafı və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün həyata keçirilmiş işlərdən danışıb. Şuranın yaradılması, strukturu və fəaliyyəti haqqında qonağı məlumatlandırıb.

Görüşdə İraq və Azərbaycanın qeyri-hökumət təşkilatlarının mümkün əməkdaşlığı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti