...

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı "Xocalıya ədalət" kampaniyasına qoşulur

Cəmiyyət Materials 15 Fevral 2011 18:15 (UTC +04:00)
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) da "Xocalıya ədalət" kampaniyasına qoşulur. Trend-in məlumatıa görə, bu barədə NAYO sədri Ramil Əliyev idarə heyətinin növbədənkənar toplantısında çıxışı zamanı qeyd edib.
Norveç Azərbaycanlıları Gənclər Təşkilatı "Xocalıya ədalət" kampaniyasına qoşulur

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir T.Hacıyev/

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) da "Xocalıya ədalət" kampaniyasına qoşulur. Trend-in məlumatıa görə, bu barədə NAYO sədri Ramil Əliyev idarə heyətinin növbədənkənar toplantısında çıxışı zamanı qeyd edib.

"Heydər Əliyev Fondu ilə səmərəli iş birliyi yaradaraq, onların Xocalı soyqırımına həsr olunmuş fotosərgisini Norveçdəki "Holokost" mərkəzində nümayiş etdirəcəyik. Yəni biz diaspor təşkilatı olaraq bu faciənin beynəlxalq qiymət almasına qədər daima virtual məkan, yazılı materiallar, faktlar, fotolar və s. effektiv üsullarla təbliğini aparmalıyıq", - Əliyev əlavə edib.

NAYO-nin idarə heyətinin növbədənkənar toplantısında "Xocalı: Faciədən öyrəndiklərimiz" (Khojali: Lesson from Tragedy) adlı seminar keçirmək barədə də qərar qəbul olunub.

Qeyd olunub ki, seminara "Xocalı: Faciədən öyrəndiklərimiz" adını verməkdə əsas məqsəd həm norveçlilərə, həm də burada yaşayan digər millətlərin nümayəndələrinə sözügedən faciə ilə bağlı tarixi faktların çatdırılmasıdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun sözügedən faciə ilə bağlı hazırladığı fotosərgi də nümayiş etdiriləcək.

Seminarda Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimov fəxri qonaq kimi iştirak edərək Xocalı soyqrımı və onun törətdiyi fəsadlar haqqında danışacaq. Seminar-sərgi layihəsində NAYO-nun üzvləri, Norveç hökumətinin nümayəndələri, norveçli və əcnəbi siyasətçilər, tədqiqatçılar, professorlar, Norveçdə təhsil alan yerli və xarici tələbələr, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti