...

Sabah Azərbaycanın əksər rayonlarında sulu qar və qar yağması davam edəcək (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2011 12:25 (UTC +04:00)
Sabah Azərbaycanın əksər rayonlarında sulu qar və qar yağması davam edəcək
Sabah Azərbaycanın əksər rayonlarında sulu qar və qar yağması davam edəcək (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanın əksər rayonlarında sulu qar və qar yağması davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildiriblər ki, fevralın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti təşkil edəcək.

Gecə və səhər şəhərətrafı yolların buz bağlaması ehtimalı var.

Azərbaycanın rayonlarında fevralın 17-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntılar qərb rayonlarında tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək. Əsasən gecə və səhər yolların buz bağlaması ehtimalı var.

Xəbər lenti

Xəbər lenti