...

Çexiyanın mədəniyyət naziri Bakıda "Mədəniyyətlərarası dialoq" forumunda iştirak edəcək

Cəmiyyət Materials 16 Fevral 2011 15:58 (UTC +04:00)
Çexiyanın mədəniyyət naziri Yirji Besser Çexiyanın kiçik nümayəndə heyəti çərçivəsində aprelin 7-9-da Azərbaycanın paytaxtında keçiriləcək Ümumdünya "Mədəniyyətlərarası dialoq" forumunun işində iştirak edəcək.
Çexiyanın mədəniyyət naziri Bakıda "Mədəniyyətlərarası dialoq" forumunda iştirak edəcək

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir Y.Ostapenko/

Çexiyanın mədəniyyət naziri Yirji Besser Çexiyanın kiçik nümayəndə heyəti çərçivəsində aprelin 7-9-da Azərbaycanın paytaxtında keçiriləcək Ümumdünya "Mədəniyyətlərarası dialoq" forumunun işində iştirak edəcək. Bu barədə Trend-ə Çexiyanın Azərbaycandakı səfiri Radek Matula məlumat verib.

"Hazırda səfərin təfərrüatları tamamlanmaq üzrədir", - o qeyd edib.

Səfər zamanı forumda iştirakla yanaşı, Besserin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşünün təşkil də planlaşdırılır.

"Bu görüşün məqsədi Azərbaycan və Çexiya arasında mədəniyyət sahəsində əməkdaşlığın qurulması və gələcək inkişafı olacaq", - səfir bildirib.

Onun məlumatına görə, iki ölkə arasında mədəni dialoq sahəsində iş artıq aparılır. Bu sahədə müvafiq əlaqələr qurulub.

Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bakıda Çexiya Respublikasının səfirliyi 2009-cu ilin dekabrından fəaliyyət göstərir. Bundan iki il əvvəl Azərbaycanın Praqadakı səfirliyi işə başlayıb.

Çexiya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər iqtisadiyyatdan mədəni dialoqa qədər bir çox sahələrdə inkişaf edir.
Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən iri ticarət tərəfdaşıdır.

İldən-ilə artan mal dövriyyəsi 2010-cu il ərzində 38 milyon dollar təşkil edib. Çex mallarının idxalının payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşür.

Xəbər lenti

Xəbər lenti