...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sahə müfəttişini vəzifəsindən azad edib

Cəmiyyət Materials 18 Fevral 2011 10:30 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz ov edilməsinə şərait yaratdığı üçün Şabran rayonunda sahə müfəttişi T.Acalovu vəzifəsindən azad edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sahə müfəttişini vəzifəsindən azad edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) qanunsuz ov edilməsinə şərait yaratdığı üçün Şabran rayonunda sahə müfəttişi Teymur Acalovu vəzifəsindən azad edib. Trend-in məlumatına görə bu barədə cümə günü ETSN-nin mətbuat xidməti məlumat yayıb.

Sarı-su" Ovçuluq Təsərrüfatında isə Nazirlik tərəfindən brakonyerliyə qarşı mübarizə tədbirləri aparılarkən təsərrüfatın sahə müfəttişi Ədalət Mustafayevin və mühafizə yegeri Yaqub Abışovun xidməti ərazidə olmamaları səbəbindən ərazidə qanunsuz ov etmə faktı aşkar olunub. Qanunsuz ov edən şəxsdən 1 ov tüfəngi və 35 dolu patron götürülərək müvafiq akt və protokol tərtib edilib. Bunula bağlı Mustafayevə sonuncu xəbərdarlıqla şiddətli töhmət, Abışova isə töhmət verilib.

Xəbər lenti

Xəbər lenti