...

Sabah Azərbaycanın əksər ərazilərində yağıntılı hava şəraiti üstünlük təşkil edəcək

Cəmiyyət Materials 3 Mart 2011 11:47 (UTC +04:00)
Martın 4-də Azərbaycanın əksər ərazilərində yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.
Sabah Azərbaycanın əksər ərazilərində yağıntılı hava şəraiti üstünlük təşkil edəcək

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Martın 4-də Azərbaycanın əksər ərazilərində yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli, gündüz yağıntılı olacağı gözlənilir. Gündüz arabir güclənən mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Martın 4-də Azərbaycanın şimal və şərq rayonlarında hava şəraitinin əsasən arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti