...

Azərbaycan Mətbuat Şurasına əsasən şərəf və ləyaqətin alçaldılması, şəxsi həyata müdaxilədən şikayət edirlər - sədr

Cəmiyyət Materials 3 Mart 2011 16:36 (UTC +04:00)
2010-cu ildə Azərbaycan Mətbuat Şurasına media orqanlarından 699 şikayət ərizəsi daxil olub. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda beynəlxalq konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Azərbaycan Mətbuat Şurasına əsasən şərəf və ləyaqətin alçaldılması, şəxsi həyata müdaxilədən şikayət edirlər - sədr

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir E.Hüseynov/

2010-cu ildə Azərbaycan Mətbuat Şurasına media orqanlarından 699 şikayət ərizəsi daxil olub. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda beynəlxalq konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, müraciətlərin əksəriyyəti şərəf və ləyaqətin alçaldılması, şəxsi həyata müdaxilə ilə bağlıdır.

"Müraciətlər müxtəlif kateqoriyalı insanlardan, o cümlədən təşkilat, bələdiyyə, siyasi partiya rəhbərləri və nümayəndələri tərəfindən daxil olub", - Amaşov qeyde dib.

Onun sözlərinə görə, müraciətlərin 22 faizi jurnalistlərin öz materiallarında qeyri-rəsmi mənbələrə istinad etmələrinə, 24 faizi isə jurnalistin tənqid edən tərəfi dinləməməsinə aiddir.

Belə materiallar əsasən praktiki olaraq ayda bir-iki dəfə çıxan "reket-nəşrlər" adlandırılan qəzetlərdə dərc edilir.

Amaşovun sözlərinə görə, Şura tərəfindən belə müraciətlərlə bağlı qəbul etdilən qərarlar hüquqi deyil, yalnız ictimai qınaq xarakteri daşıyır.

Reket jurnalistikaya qarşı mübarizə üzrə Şuranın sədri Vüqar Rəhimzadənin konfransda bildirib ki, son bir ildə 100 mətbuat orqanına qarşı müvafiq qərarlar qəbul edilib. "Eyni zamanda, ötən il 26 media orqanı "reket-nəşrlər" siyahısından çıxarılıb", - Rəhimzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti