...

Azərbaycan Səhiyyə Nazirliyi mamalıq-ginekologiya və pediatriya ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 4 Mart 2011 13:35 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi mamalıq-ginekologiya və pediatriya ixtisası üzrə martın 2-də keçirilmiş sertifikasiya test imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi mamalıq-ginekologiya və pediatriya ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Dördüncü abzasdan sonra sertifikasiya barədə məlumatlar əlavə olunub (ilk xəbər 12:22-də yayılıb)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Səhiyyə Nazirliyi mamalıq-ginekologiya və pediatriya ixtisası üzrə martın 2-də keçirilmiş sertifikasiya test imtahanlarının nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, imtahanda iştirak edən 122 həkimdən 119-u müvəffəqiyyət qazanıb.

Həkimlərdən 5 nəfəri 100 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahandan uğurla keçən həkimlərə sertifikatlar təqdim edilib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

Sertifikasiyaya dair yanvar-fevral aylarında 12 ixtisas üzrə imtahan keçirilib.

Keçirilən test imtahanlarında ümumilikdə 294 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərin 274 nəfəri (93 faizi) uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları martın 16-da psixiatriya və yoluxucu xəstəliklər ixtisasları üzrə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti