...

Böyük Britaniyada üç yaşlı alkoqolik xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 16 Mart 2011 11:26 (UTC +04:00)
Böyük Britaniyada alkoqolizm şübhəsi ilə üç yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Mütəxəssislərin məlumatına görə, o, ölkədə ən gənc alkoqolikdir.
Böyük Britaniyada üç yaşlı alkoqolik xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Böyük Britaniyada alkoqolizm şübhəsi ilə üç yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Mütəxəssislərin məlumatına görə, o, ölkədə ən gənc alkoqolikdir.

Həkimlərə məlum olub ki, Birmingemdən olan və adı açıqlanmayan üç yaşlı oğlan yarım il ərzində müntəzəm olaraq spirtli içki içib.

Bu, alkoqoldan asılılığa gətirib çıxarıb. Növbəti içki payını içmədikdə uşaqda abstensiya simptomları yaranıb.

Ehtimal olunur ki, spirtli içkini o valideynlərindən tapıb. Trend-in məlumatına görə, bu barədə UKRİNFORM "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti