...

Son illərdə Belarus ali məktəblərində azərbaycanlı tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb

Cəmiyyət Materials 16 Mart 2011 12:12 (UTC +04:00)
Son illər ərzində Belarus ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da Belarus təhsilinin yüksək keyfiyyətindən xəbər verir.
Son illərdə Belarus ali məktəblərində azərbaycanlı tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb

Azərbaycan, Bakı, 16 mart /Trend/

Son illər ərzində Belarus ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da Belarus təhsilinin yüksək keyfiyyətindən xəbər verir. Bunu Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev bu ölkənin təhsil naziri Sergey Maskeviçlə görüşü zamanı bildirib. Trend-in məlumatına görə, xəbəri BELTA yayıb.

Belə ki, əgər 2007/08-ci tədris ilində Belarus ali məktəblərində 15 azərbaycanlı tələbə təhsil alırdısa, 2008/09-cu tədris ilində onların sayı 42 nəfər, 2009/10-cu tədris ilində 63 nəfər olub. Hazırda isə Azərbaycanın 100-dən artıq vətəndaşı Belarus ali məktəblərində təhsil alır. Azərbaycanın ali məktəblərində 50-yə yaxın Belarus vətəndaşı oxuyur.

Azərbaycanlı tələbələr Belarus ali məktəblərində əsasən tibb, texnika, informasiya texnologiyaları ixtisasları üzrə təhsil alırlar.

Öz növbəsində, Sergey Maskeviç bildirib ki, Belarusun təhsil müəssisələrinin azərbaycanlı vətəndaşlara təhsil xidmətlərini göstərilməsi sahəsində potensialı kifayət qədər yüksəkdir, çünki Azərbaycanda və Belarusda təhsildə rus dilindən geniş istifadə olunur. Bundan əlavə, Belarus ali məktəbləri bir sıra tələb olunan ixtisaslar üzrə ingilis dilində təhsil almaq imkanı verir.

Nazirin sözlərinə görə, "Təhsil və karyera - 2011" V Azərbaycan sərgisində Belarus ali məktəblərinin kollektiv stendinin təqdim olunması planlaşdırılır. Belarus və Azərbaycan Belarusun bir sıra ali məktəblərinin (BDU, BETU, BDİRU) Azərbaycanın 2007-2015 -ci illərdə gənclərin xaricdə təhsil alması üzrə Dövlət Proqramına salınması haqqında razılıq əldə edib. 2011-ci ilin fevralında Belarus Nazirlər Şurasına təhsil haqqında sənədlərin qarşılıqlı tanınması barədə hökumətlərarası layihə göndərilib. Bu sazişin 2011-ci il ərzində imzalanması planlaşdırılır.

Humanitar əməkdaşlıq məsələləri, eləcə də təhsil sahəsində məsələlərin müntəzəm müzakirəsi İqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti