...

Azərbaycan ombudsmanı "Amnesty International" təşkilatının nümayəndəsi ilə görüşüb

Cəmiyyət Materials 17 Mart 2011 20:40 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova "Amnesty International" təşkilatının Avropa və Mərkəzi Asiya proqramı üzrə tədqiqatçısı xanım Natalia Nozadzeni qəbul edib.
Azərbaycan ombudsmanı "Amnesty International" təşkilatının nümayəndəsi ilə görüşüb

Azərbaycan, Bakı, 17 mart /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova "Amnesty International" təşkilatının Avropa və Mərkəzi Asiya proqramı üzrə tədqiqatçısı xanım Natalia Nozadzeni qəbul edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumatda bildirilir ki, görüş zamanı ombudsman fəaliyyətində dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlığı, habelə müvəkkilin regional mərkəzlərinin, ixtisaslaşmış müşavirlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qonaq Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini söyləyib. O, müvəkkilin fəaliyyətinin əsas istiqamətləri, həbsdə olan Eynulla Fətullayevin, həmçinin, həbs edilmiş Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin, inzibati qaydada həbs olunan gənclərin hüquqlarının təmini vəziyyətinin monitorinqi istiqamətində ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb.

Xəbər lenti

Xəbər lenti