...

Hillari Klinton azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 21 Mart 2011 05:15 (UTC +04:00)
ABŞ dövlət katibi Hillari Klinton bazar günü Novruz bayramını qeyd edən xalqları bu bayram münasibətilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Hillari Klinton azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 21 mart /Trend/

ABŞ dövlət katibi Hillari Klinton bazar günü Novruz bayramını qeyd edən xalqları bu bayram münasibətilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

"Mən Prezident Obamanın Novruz bayramını qeyd edən bütün xalqlara, o cümlədən amerikalılara, əfqanlara, kürdlərə, azərbaycanlılara, iranlılara və Mərkəzi Asiya xalqlarına cansağlığı və firavanlıq arzularına qoşuluram.

Min illər ərzində Novruz ailə üzvlərinin və dostların yığışıb yeni ilin başlanğıcını qeyd etdiyi vaxt olub. Novruz bayramının zəngin ənənələrindən olan canlanma və xoşbəxtliyə can atmaq hər zaman daimi ənənələrdən olub və biz hamımız bu hissləri bölüşürük", - təbrikdə deyilir.

Bayram təbrikində dövlət katibi Yaxın Şərqdə baş verən hadisələrə də toxunub.

"Bu il bizə son vaxtlar Yaxın Şərqdə baş verən hadisələr barədə dərindən düşünməyə imkan verir. Biz regionun bir çox hissəsində müşahidə etdiyimiz insan hüquqlarının ifadəsinin dinc nümayişini yüksək qiymətləndiririk. Biz dünya birliyinin... öz dəyərlərini müdafiə etmək cəhdlərinə qoşuluruq", - dövlət katibi təbrikində bildirib.

"Bu ilin yenilənmiş ümid hissi və bizə anadangəlmə məxsus hərtərəfli insan hüquqları və əsas azadlıqlarının öhdəliyi ilə dolu olmasını arzu edirəm. Bayramınız mübarək olsun!" - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti