...

Məşhur Britaniya saytı music-news.com Emin Ağalarovun "Wonder" albomundan bəhs edir

Cəmiyyət Materials 28 Mart 2011 17:43 (UTC +04:00)
Rusiya musiqi dünyasının ulduzlarından biri - vokalçı və bəstəkar Emin Ağalarov hazırda öz yaradıcılığının Böyük Britaniyada yayılması üzrə addımlar atır.
Məşhur Britaniya saytı music-news.com Emin Ağalarovun "Wonder" albomundan bəhs edir

Rusiya musiqi dünyasının ulduzlarından biri - vokalçı və bəstəkar Emin Ağalarov hazırda öz yaradıcılığının Böyük Britaniyada yayılması üzrə addımlar atır. Trend-in məlumatına görə, bu barədə Britaniya saytı music-news.com yazır.

Ağalarov Bakıda anadan olub. Daha sonra ailəsi ilə birgə Moskvaya köçüb. O, Nyu-Yorkda təhsil alan zaman ilk dəfə tamaşaçılar qarşısında klassik rok-n-roll müğənnisi kimi çıxış edib.

"Nəticədə Ağalarov Moskvanın perspektivli korporasiyalarından birində rəhbər vəzifəyə təyin edilib, lakin musiqiyə olan həvəs Emini 2006-cı ildə ilk albomu olan "Still"i buraxmağa vadar edib. Albomun bütün Rusiyada satışı çox yaxşı olub. Bu uğur üç sonrakı albomla da davam edib. Emin beynəlxalq səviyyədə Robert de Niro, Cey Lo və Mark Entoni kimi məşhur dostlar qazanıb", - nəşr yazır.

Rusiya musiqi səhnəsini fəth etdikdən sonra Eminin xaricdə öz uğurlarını təkrar etmək üçün koməyə ehtiyacı olub. Və bu zaman o, bu qədər Enrike İqlesias, Şer, Ceyms Morrison kimi müğənnilərlə işləyən prodüser Brayan Roulinqlə görüşüb.

Duet birlikdə "Ivor Novello" mükafatının qalibi Pol Barri və Ueyn Hektor kimi yüksəkixtisaslı müəlliflərlə işləyib.

"Bu son faktlar bizə "Wonder" albomunu başa düşməyə imkan verir, belə ki, Enrike İqlesias və Ceyms Morrisonun adları artıq nədənsə xəbər verir. Albom Enrike İqlesiasın "Don't Go'', "Any Time You Fall'', "You Don't Even Know" kimi stilində, eləcə də Enrikenin stilində olmayan kompozisiyalardır. Sinql "Obvious" özündə Eminin əksər stilinin ən yaxşı elementlərini birləşdirir, xor və güclü vokal bir-birinə yaxşı uyğunlaşıb və bu, radioda gözəl səslənəcək", - music-news.com saytı qeyd edir.

Emin Ağalarovun rəsmi saytında bildirilir ki, " Wonder" albomunu martın 28-dən etibarən Böyük Britaniyanın Tesco, HMV və ASDA kimi aparıcı mağazalarından, eləcə də Amazon, Play, ITunes onlayn-mağazaları vasitəsilə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti