...

BMT-nin baş katibi bütün dünyanı minalardan təmizləmə fəaliyyətini dəstəkləməyə çağırır

Cəmiyyət Materials 4 Aprel 2011 10:40 (UTC +04:00)
BMT-nin baş katibi bütün dünyanı mina təhlükəsizliyi barədə təbliğata və minalardan təmizləmə fəaliyyətinə dəstək verməyə çağırır.
BMT-nin baş katibi bütün dünyanı minalardan təmizləmə fəaliyyətini dəstəkləməyə çağırır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir K.Zərbalıyeva/

BMT-nin baş katibi bütün dünyanı mina təhlükəsizliyi barədə təbliğata və minalardan təmizləmə fəaliyyətinə dəstək verməyə çağırır.

Trend-in məlumatına görə, baş katib Pan Gi Mun müraciətində dünya ölkələrini mina təhlükəsizliyi ilə bağlı mühüm sazişlərin şərtlərinə əməl etməyə, həmçinin hər kəs üçün daha təhlükəsiz və daha firavan bir dünya qurmağa aparan yolda bu həlledici amilə dayaq olmaq işində daha möhkəm qlobal həmrəyliyə dəvət edib.

4 aprel - Beynəlxalq mina təhlükəsi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günüdür.

Baş katib müraciətində qeyd edib ki, bu gün torpağın müharibənin partlayıcı qalıqlarından təmizlənməsinin insan həyatını xilas etməsi və yaşayış üçün zəruri vasitələri qoruması barədə vaxtında edilmiş xatırlatmadır.

"Keçən il yüz minlərlə insan BMT-nin mina riski barədə təlimlərində iştirak edib və bunun nəticəsində ayrı-ayrı şəxslər, ailələr və icmalar üçün faciənin qarşısı alınıb. Təkcə Əfqanıstanda 14 400 insan müharibənin 1 milyondan artıq partlayıcı qalığını məhv etməyə kömək etmək üçün minalardan təmizləmə sahəsində işə götürülüb", - müraciətdə qeyd olunub.

Pan Gi Mun minalardan təmizləmə fəaliyyətinin hələ də kifayət qədər maliyyələşdirilmədiyindən narahatdır. O bildirib ki, 2011-ci ilin layihələr qovluğuna lazım olan resursların sadəcə dörddə biri daxil edildiyindən maliyyələşdirmədə 367 milyon ABŞ dolları qədər kəsr var.

"Bu kifayət qədər böyük məbləğ olsa da, partlayıcı maddələrin törətdiyi təhlükənin aradan qaldırılması, məlumatlılığın artırılması, mina riski haqqında təlimlərin keçirilməsi, sağ qalanlara və icmalara yardım edilməsinin verdiyi faydalar bu məbləğdən çox üstündür", - baş katib bildirib.

Minaların Qadağan Olunması haqqında Sazişə 156, Kaset-klaster Döyüş Sursatları haqqında Konvensiyaya 54 və Əlilliyi Olan Şəxslərin Hüquqları haqqında Konvensiyaya 98 ölkə qoşulub.

Xəbər lenti

Xəbər lenti