...

Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Cəmiyyət Materials 4 Aprel 2011 13:26 (UTC +04:00)
Azərbaycanda mülayim hava şəraitinin yaxın günlərdə davam edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan bildirilib.
Azərbaycanda mülayim hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mülayim hava şəraitinin yaxın günlərdə davam edəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan bildirilib.

Bakıda və Abşeron yarımadasında aprelin 4-dən 5-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.

Departamentin məlumatına görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Ölkənin rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var, səhər ayrı-ayrı yerlərdə duman proqnozlaşdırılır. Regionlarda mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 4-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti