...

Bu həftə Azərbaycan Parlamenti turistlərin viza almasının sadələşdirilməsi haqqında qanun layihəsini müzakirə edəcək

Cəmiyyət Materials 4 Aprel 2011 17:43 (UTC +04:00)
Azərbaycana gələn turistlərin viza almasının sadələşdirilməsi haqqında qanun layihəsi aprelin 8-də Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Bu həftə Azərbaycan Parlamenti turistlərin viza almasının sadələşdirilməsi haqqında qanun layihəsini müzakirə edəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycana gələn turistlərin viza almasının sadələşdirilməsi haqqında qanun layihəsi aprelin 8-də Milli Məclisin müzakirəsinə çıxarılacaq.

"Aprelin 8-də parlamentin iclasında Azərbaycanın "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanununa, eləcə də "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə dəyişikliklər müzakirəyə çıxarılacaq", - Trend-ə bazar ertəsi Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Azərbaycanda "Turizm ili"nin edilməsi ilə əlaqədar "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna edilən dəyişikliklərdə qeyd olunub ki, vizanın alınması ilə bağlı müraciətlərə 15 gün ərzində baxılır, turist vizaları 30 gün ərzində verilir.

Mirqasiya orqanları işçilərinin sosial müdafiəsi və onların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə dəyişikliklərin edilməsi təklifi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə cərimə şəklində toplanmış vəsaitlərin 25 faizinin Dövlət Miqrasiya Xidmətinin hesabına köçürülməsini nəzərdə tutur.

Bundan başqa, aprelin 8-də parlamentin iclasında "Sığortanın icbari növləri haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çaxarılacaq.

Xəbər lenti

Xəbər lenti