...

Sabah Bakıda hava yağmurlu olacaq

Cəmiyyət Materials 6 Aprel 2011 11:03 (UTC +04:00)
Bakıda yağmurlu hava sabah da davam edəcək.
Sabah Bakıda hava yağmurlu olacaq

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yağmurlu hava sabah da davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti