...

Teleradio İstehsalat Birliyinin filial rəisinə 11 il cəza verilib

Cəmiyyət Materials 7 Aprel 2011 17:13 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyev Trend-ə bildirib ki, bu gün keçirilən iclasda məhkəmə hökm elan edib.
Teleradio İstehsalat Birliyinin filial rəisinə 11 il cəza verilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının korrupsiya cinayətində ittiham olunan rəisinə 11 il cəza verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyev Trend-ə bildirib ki, bu gün keçirilən iclasda məhkəmə hökm elan edib.

Məhkəmənin hökmü ilə Teleradio İstehsalat Birliyinin Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi Sahibəli Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslər - filialın baş mühasibi Məhəbbət İbadova və mühasib Şəlalə İbrahimova vurulan ziyanı ödədikləri üçün hər biri 5 il sınaq müddəti ilə 8 il şərti cəza alıb.

Əliyev Mərkəzi Radio-Televiziya Yayım Filialının rəisi vəzifəsində işləyərkən özgə əmlakını talamaq məqsədilə filialın baş mühasibi İbadova və mühasibi İbrahimova ilə birgə qulluq mövqeyindən istifadə edərək, filialın 612.746 manat məbləğində vəsaitini mənimsəmə və israf etməklə talamaqda, vəzifəli şəxs kimi tamah və s. şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməkdə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti