...

Aprelin 9-da ölkədə isti hava müşahidə olunacaq

Cəmiyyət Materials 8 Aprel 2011 12:04 (UTC +04:00)
Sabah Bakıda havanın temperaturu 22 dərəcəyədək yüksələcək.
Aprelin 9-da ölkədə isti hava müşahidə  olunacaq

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Hacıyev/

Sabah Bakıda havanın temperaturu 22 dərəcəyədək yüksələcək.

Trend-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən gilavar küləyi gündüz hərdən güclü xəzri küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Aprelin 9-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Axşam və gecə bəzi şimal rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclü olacaq.

Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-5 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti