...

Azərbaycanın Xaçmaz rayonunda qanunsuz yaşayan Rusiya vətəndaşları deportasiya oluna bilərlər - DMX

Cəmiyyət Materials 8 Aprel 2011 12:58 (UTC +04:00)
Xaçmaz rayonunun Xraxoba kəndində yaşayan Rusiya vətəndaşlarına Azərbaycan ərazisində qanunsuz yaşamaları barədə xəbərdarlıq edilib. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bildirib.
Azərbaycanın Xaçmaz rayonunda qanunsuz yaşayan Rusiya vətəndaşları deportasiya oluna bilərlər - DMX

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Xaçmaz rayonunun Xraxoba kəndində yaşayan Rusiya vətəndaşlarına Azərbaycan ərazisində qanunsuz yaşamaları barədə xəbərdarlıq edilib. Trend-in məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bildirib.

Xidmət rəhbərinin sözlərinə görə, həmin şəxslər illər boyu Azərbaycanda yaşadıqlarından, onların 1 gün ərzində qanunsuz miqrant adı ilə ölkədən çıxarılması düzgün yanaşma olmazdı.

"Onların gələcək təminatı barədə də düşünmək lazımdır. Rusiya səfirliyi də bu barədə öz vətəndaşlarını məlumatlandırıb. Rusiyada öz vətəndaşlarının geriyə qaytarılması ilə bağlı proqram var. Onlar həmin proqram çərçivəsində tədbirlər həyata keçirilməklə Rusiya ərazisinə köçürülə bilərlər", - Rəhimov deyib.

O bildirib ki, Xraxoba kəndində məskunlaşan Rusiya vətəndaşları özləri yaşayış yeri seçmək istəyirlər.

Xidmət rəhbərinin sözlərinə görə, onlar Azərbaycanda yaşamaq istəyirlərsə, müvafiq icazə almaqla ölkədə olmalarını leqallaşdırmalıdırlar. Əks halda, onların Azərbaycandan deportasiya ediləcəyini diqqətə çatdıran Rəhimov problemin müsbət həllinin tərəfdarı olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti