...

Sabiq deputatlığa namizədin məhkəməsi keçirilib

Cəmiyyət Materials 8 Aprel 2011 15:36 (UTC +04:00)
Deputatlığa keçmiş namizəd barəsində həbs müddəti uzadılıb.
Sabiq deputatlığa namizədin məhkəməsi keçirilib

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Deputatlığa keçmiş namizəd barəsində həbs müddəti uzadılıb.

Bəxtiyar Hacıyevin vəkili Əlayif Həsənov Trend-ə bildirib ki, bu gün Gəncə şəhər Nizami rayon məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.

Vəkil bildirib ki, məhkəmə dünən Hacıyevin həbs müddədinin 5 gün uzadılması barədə qərar qəbul edib.

Məhkəmənin qərarı ilə, iş üzrə məhkəmə baxışı aprelin 19-a təyin olunub.

Hacıyev barəsində yanvarın 24-də Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınma) maddəsi üzrə cinayət işi açılıb.

2 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev barəsində martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə 1 aylıq həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti