...

Almaniyada Azərbaycan gənc təbiblərin forumu keçirilir (FOTO)

Cəmiyyət Materials 10 Aprel 2011 19:14 (UTC +04:00)
"Mükəmməl təbabətə doğru" adı altında keçirilən Azərbaycan Gənc Təbiblərin I Almaniya Forumu çərçivəsində 9 aprel axşam saat 19:00-da Mannheim şəhərinin gözəl parklarından birində yerləşən məkanda Azərbaycan gecəsi təşkil olunub.
Almaniyada Azərbaycan gənc təbiblərin forumu keçirilir (FOTO)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Mükəmməl təbabətə doğru" adı altında keçirilən Azərbaycan Gənc Təbiblərin I Almaniya Forumu çərçivəsində 9 aprel axşam saat 19:00-da Mannheim şəhərinin gözəl parklarından birində yerləşən məkanda Azərbaycan gecəsi təşkil olunub. Bu barədə Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) məlumatında deyilir.

Bu gecədə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Mannheim Universitet Klinikasının direktoru Prof. Dr. Stefan. Post, Millət Vəkili Ceyhun Osmanlı, Diaspora Komitəsinin şöbə müdiri Vaqif Seyidbəyli və digər azərbaycanlı və alman qonaqlar iştirak etmişdirlər. Ziyafət boyunca qonaqlar Azərbaycan haqqında film izləmiş, Azərbaycan milli şirniyyatlarından dadmış və ailə atmosferi içində alman qonaqlar ilə Azərbaycan musiqisi sədaları altında rəqs etmişlərdir. Gecənin sonuna yaxın təşkilatçılar, ASAİF sədri Orxan Əkbərov və Dr. Med. Vüqar Yaqublu Pərviz Şahbazova və Prof. Dr. S. Post-a ASAİF adından xatirə lövhələri təqdim etmişlərdir.

Forumun ikinci günü 10 Aprel 2011-ci il tarixində davam etmişdir. Bazar günü forum proqramla müəyyən olunmuş şəkildə saat 09:00-da başlamışdır. İlk məruzə və təqdimatı, klinik protokolların Azərbaycan səhiyyəsində tətbiqi mövzusunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov etdi. Daha sonra klinik protokolların Almaniyada tibbi xidmətin səviyyəsinə təsiri mövzusu altında "Deutsche Gesellschaft für Klinisches Prozessmanagement"in direktoru Prof. Dr. Matthias Schwarzbach məruzə və təqdimat ilə çıxış etdi.

Daha sonra Xaricdə təhsil alan gənc həkimlərin yerli sosial layihələrdə iştirakı mövzusunda t.e.n. AMOR-un nəzarət təftiş komissiyasının üzvu Samir Əliyev məruzə ilə çıxış etmişdir. Kofe fasiləsindən sonra forum öz işinə BMVD-nin nümayəndəsi Dominique Ouart-in təqdimatı ilə davam etdi. Cənab Dominique Almaniyada tibb sahəsində təhsillə bağlı məqamlara aydınlıq gətirərək ona yönləndirilmiş suallara cavab verdi. Nahar fasiləsindən sonra forum öz fəaliyyətinə qruplarda iş şəklində davam etmişdir. Qruplarda iş 3 mövzu üzərində qurulmuşdur. 1.Tİbb təhsili - qrupun moderatorları Dr.med. V. Yaqublu və Dr.E. Ağayev; 2.Tibbi tədqiqatlar - qrupun moderatorları T.e.n. İ. Mahalov və Dr. J. Əhmədova və 3-cü panelin mövzusu Davamlı tibb təhsili - qrupun moderatorları Dr.med. L. Qasımova və Dr.med. T. Əliyev. Daha sonra forum iştirakçıları təşkilatçılar tərəfindən hazırlanmış şəhər gəzintisinə qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti