Azərbaycan, Bakı, 16 aprel /Trend/
Aprelin 22-24-də Türkmənistanda Prezident Qurbanqulu Berdiməhəmmədovun qərarına əsasən, "Türkmən atı və dünya atçılıq mədəniyyəti" III Beynəlxalq konfransı və Beynəlxalq Axaltəki Atçılıq Assosiasiyasının I konfransı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat verib.
Vilayətlərdə elit, müasir avadanlıqlarla təchiz edilən ippodromların açılış mərasimi də keçiriləcək.
Beynəlxalq Axaltəki Atçılıq Assosiasiyasının konfransı bütün dünyadan mütəxəssisləri, atçıları, alimləri, at cinslərini qiymətləndirənləri bir araya gətirəcək.
Budəfəki tədbirlərdə Türkmənistan tərəfinin dəvəti ilə Azərbaycan nümayəndələri də iştirak edəcək.