...

Türkiyənin Qars şəhərində erməni-türk dostluğu abidəsini sökməyə başlayıblar

Cəmiyyət Materials 18 Aprel 2011 11:52 (UTC +04:00)
Türkiyənin Qars şəhərində erməni-türk dostluğunu simvolizə edən abidnənin sökülməsi üzrə işlərə başlanılıb.
Türkiyənin Qars şəhərində erməni-türk dostluğu abidəsini sökməyə başlayıblar

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Türkiyənin Qars şəhərində erməni-türk dostluğunun simvolu sayılan abidənin sökülməsi üzrə işlərə başlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin CNN Türk kanalı məlumat verib.

Bundan əvvəl Qars bələdiyyəsinin iclasında səsvermə zamanı səs çoxluğu ilə abidnənin sökülməsi barədə qərar qəbul edilib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan yanvarda Qarsa səfəri zamanı onu "biabırçı" adlandıraraq abidənin sökülməsi ilə bağlı tapşırıq verib.

Erməni-türk dostluğu abidsəi Qarsın erməni əsilli meri Naif Əlibəyoğlu tərəfindən 2008-ci ildə tikilib.

Hündürlüyü 30 metr olan abidə bir-birinə tərəf gedən iki fiqurdur. O, Ermənistan sərhədinin 40 kilometrliiyndə hündürlükdə ucaldılıb.

Xəbər lenti

Xəbər lenti