...

Sınaq imtahanlarına abituriyentlərin yalnız 40 faizi gəlir - TQDK sədri

Cəmiyyət Materials 19 Aprel 2011 14:40 (UTC +04:00)
Son iki sınaq imtahalrının göstəricilərinə əsasən, 2011/2012-ci tədris ili üçün abituriyentlərin bilik səviyyəsinin hazırlığı ötən ilin sınaq imtahanlarının nəticələrinə uyğundur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Sınaq imtahanlarına abituriyentlərin yalnız 40 faizi gəlir - TQDK sədri

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir Z.Əhmədova/

Son iki sınaq imtahalrının göstəricilərinə əsasən, 2011/2012-ci tədris ili üçün abituriyentlərin bilik səviyyəsinin hazırlığı ötən ilin sınaq imtahanlarının nəticələrinə uyğundur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

"Bu il və ötən il keçirilmiş sınaq imtahanlarında abituriyentlərin əldə etdiyi nəticələr arasında xüsusi fərq müşahidə edilmir", - TQDK sədri bildirib.

Onun sözlərinə görə, sınaq imtahanlarına bütün abituruyentlərin cəmi 40 faizi gəlir.

"Qalan abituriyentlər artıq qəbul imtahanlarına gəlirlər. 2011/2012-ci tədris ili üçün abituriyentlərin bilik səviyyəsi haqqında bütün sınaq imtahanları keçirildikdən sonra fikir söyləmək olar", - Abbaszadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti